Modern.az

“Azərbaycanla Avropa ölkələri arasında viza rejimi sadələşdiriləcək”

“Azərbaycanla Avropa ölkələri arasında viza rejimi sadələşdiriləcək”

27 Sentyabr 2012, 10:46

Modern.az-ın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib. Nazir müavinin sözlərinə görə, Avropa ölkələri ilə viza məsələsinin sadələşdirilməsi istiqamətində növbəti görüşlər noyabrda Bakıda keçiriləcək.

 “Azərbaycan Avropanın qonşuluq siyasətində iştirak edir. Bu baxımdan Azərbaycanın Avropa ölkələri ilə viza rejiminin sadələşdirilməsi nəzərdə tutulub. Qeyd edim ki, viza ilə bağlı məsələlər ərtafında danışıqlar noyabrda Bakıda keçiriləcək”, - deyə M.Məmmədquliyev vurğulayıb. Nazir müavini daha sonra Azərbaycanın Ümumdünya ticarət təşkilatına üzv olması ilə bağlı açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilir.
M.Məmmədquliyev vurğulayıb ki, Azərbaycanın sözügedən təşkilata üzv olması üçün işçi qrupun toplatısı keçiriləcək:

“Təbii ki, biz bu təşkilata üzv olmaq üçün real namizədik. Bu təşkilata üzv olmaq tezliklə baş tutmasa da, biz buna doğru kiçik addımlarla hərəkət edirik. Bununla bağlı növbəti toplantı noyabr ayının sonlarında keçiriləcək. İşçi qrupunun iclası noyabrın 30-da baş tutacaq”.

Anar Kəlbiyev
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi