Modern.az-ın məlumatına görə Almaniyanın keçmiş dövlət naziri, Avropa Məsələləri üzrə İnstitutun sədri Yurgen Qramke bildirib ki, Avropa Azərbaycan haqqında çox az məlumata malikdir.
“Buna görə də Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə “Körpülərin salınması” tədbirini təşkil etdik. Bu tədbiri təşkil etməkdə məqsədimiz Azərbaycanın, həmçinin də Avropa Birliyinin yüksək rütbəli şəxslərinin bu mövzuda qarşılıqlı görüş və fikir mübadiləsi aparmaları üçün perspektivlərə dair dərin məlumatların, faydalı təcrübənin bir-birinə ötürməsini, toplamasını təmin etməkdir. Cənubi Qafqaz və Qara Dəniz regionu Avropanın gələcək iqtisadi və siyasi regionları sırasına daxildir. Burada yalnız neft və qaz nəzərdə tutulmur. Bu ölkələr özlərinin iqtisadi artımını geniş baza əsasında qurmaq istəyirlər və qurmalıdırlar. Bütün Avropa Birliyi ölkələri bu sahədə maraqlıdırlar”, – Y. Qramke bildirib.
O, qeyd edib ki, bu Azərbaycanın Avropa qonşuluq siyasəti, sabitlik və təhlükəsizlik siyasəti, əməkdaşlığı üçün vacibdir. “Burada əvvəlkindən daha sürətli olmalıyıq, çünki öz şəbəkəmizi kondensasiya etməliyik. Azərbaycan prezidenti ilə görüşlərdə bildirdim ki, ölkənin gələcəyi üçün dörd böyük fakt var. Bunlar ölkənin perspektivlərini və yerini təyin edir. Bunlar infrastruktur, nüfuz, beynəlmiləlçilik və novatorluqdur. Bəlkə biz daha sonra iqtisadiyyat panelində bu faktlara daha dərinliklə toxunacağıq. Bu məqsədlə hazırda əlaqələr, beynəlxalq səviyyəli görüş və informasiyaların əldə olunması üzərində daim işləmək, Avropanın və eləcədə də bütün dünya diqqətini cəlb etmək lazımdır”.
Anar Kəlbiyev