Modern.az

Bahar Muradova: “Mən 84 yaşlı anama necə izah edim ki...”

Bahar Muradova: “Mən 84 yaşlı anama necə izah edim ki...”

27 Sentyabr 2012, 12:12

Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransında Milli Məclisin vitse spikeri, Azərbaycanın ATƏT PA da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Azərbaycanın ATƏT ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edir.

“Biz də buna maraqlıyıq, lakin işğal faktoru aradan qalxmayınca, hansısa qarşılıqlı müzakirələrdən, kontaklardan bir nəticə olmayacaq. Biz Avropa ilə birgə bir çox layihələrə imza atmışıq, xüsuilə də parlament sahəsində. Bunların arasında Azərbaycanın müəllifliyi ilə yaradılan Avronest Parlament Assambleyası ciddi faktordur”.

B.Muradova deyib ki, bütün bunlara baxmayaraq hələ də bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standart mövqeyindən əl çəkmirlər. Halbuki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktorunun rəsmən qəbul olunması üçün BMT-nin 4 qətnaməsinin, o cümlədən ATƏT-in müvafiq sənədlərinin olmasına baxmayaraq, hələ də bəzi
təşkilatlar Ermənistanı işğalçı kimi tanımırlar.

“Körpülər heç vaxt birtərəfli alına bilməz, bu qarşılıqlı olmalıdır. Azərbaycan işğalla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarları qəbul edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Daim bizimlə görüşlərdə Ermənistanla ciddi kompramislərin vacibliyindən bizə bəhs edirlər. Mən özüm də Azərbaycanda işğal olunmuş torpaqlardan köçkün həyatını yaşayan 1 milyondan biriyəm. Qaçqın və məcburi köçkünlərin deputatıyam. Düşünürəm ki, işğal faktoru aradan qalxmayınca hansısa qarşılıqlı müzakirələrdən, kontaklardan bir nəticə olmayacaq. Bu gün 84 yaşlı anam tanrıdan möhlət yox, dünyasın dəyişən zaman öz doğma torpağında dəfn olunmasını istəyir. Mən ona necə izah edim ki, ermənilərə güzəştə getməliyik... O torpğına dönmək istəyir. Bu onun Allahdan verilən haqqıdır. Avropa Parlamenti hər bir insanın haqqını özünə qaytarmalıdır”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi