Modern.az

“Azərbaycandakı bu qadağa ancaq İslam ruhanilərinə aiddir” - Dini Komitə

“Azərbaycandakı bu qadağa ancaq İslam ruhanilərinə aiddir” - Dini Komitə

27 Sentyabr 2012, 13:08

“Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, məscidlərə axund təyinatı, ayin və mərasimlərin aparılması müstəsna olaraq Azərbaycanda təhsil almış Azərbaycan vətəndaşına aid edilir. Bəs görəsən qeyri-islami, yəni digər dini konfessiyalara rəhbər təyinatı necə həyata keçirilir, yaxud kimlər ayin və mərasimləri apara bilər?

  Modern.az məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) münasibət öyrənib. Komitənin mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirib ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsinin üçüncü hissəsində qeyd olunan müddəa digər dini konfessiyalara aid deyil.
Yəni Azərbaycandakı kilsə və sinaqoqlara dini rəhbər təyinatı zamanı onların  Azərbaycanda təhsil alması vacib deyil.  

Mail Ağaxanov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi