Modern.az

Ramin Mehmanpərəsti ABŞ-da döydülər

Ramin Mehmanpərəsti ABŞ-da döydülər

27 Sentyabr 2012, 14:38

İranlı immiqrantlar Əhmədinejadın nitqi qurtardıqdan sonra BMT qərargahından çıxan  Xarici İşlər Nazirliyinin sözçüsü Mehmanpərəsti döyüblər. Modern.az “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirir ki, Mehmanpərəst  BMT yaxınlığında gəzən vaxt qəzəbli kütlə ilə üzləşib. Etirazçılar Ramin Mehmanpərəsti küçəaşağı təqib ediblər. BMT qərargahı yaxınlığında mühasirəyə alındıqdan və hədələndikdən sonra o, döyülüb. Görüntülər sosial mediya da  yüklənib. Arkanzasdan gələn qəzəbli etirazçı Qreqori Nelson  Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəstin qarnına zərbə endirib.
“Bu çox güclü zərbə deyildi. Ancaq o bunu hiss etdi.”-deyə 50 yaşlı Nelson bildirib. Mehmanpərəst polislərə müraciət edib və ona təhlükəsiz yerə getməyə kömək göstərilib.
 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi