Modern.az

Oqtay Əsədov Gülər Əhmədova ilə görüşməyib

Oqtay Əsədov Gülər Əhmədova ilə görüşməyib

27 Sentyabr 2012, 17:18

Milli Məclisdən təkzib gəldi

Mətbuatda yer alan məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov deputat Gülər Əhmədovanı qəbul edib və spiker kaset qalmaqalı ilə bağlı ona iradlarını bildirib.

Məsələ ilə bağlı Modern.az saytı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə saxlayıb. A.Təvəkküloğlu bildirib ki, belə bir şey olmayıb:

“Bu barədə yayılan informasiyalar tam səhv və yalandır. Hesab edirəm ki, “yəqin ki”, “güman ki” sözləri ilə informasiya yaymaq jurnalistika etikasına uyğun deyil və jurnalsitlərimizə xələl gətirən məsələdir. Məsələni dəqiqləşdirməmiş “güman ki”, “yəqin ki” sözü ilə bu informasiyanı cəmiyyətə çatdırmaq doğru deyil. Mənbə yoxdursa, bunu cəmiyyətə necə çatdırmaq olar? Ona görə də çox istərdim ki, jurnalistlərimiz arada bir jurnalist etik qaydalarına əməl etsinlər”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi