Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun müvafiq əmrinə əsasən, əlillərin sümük-əzələ sistemi, periferik sinir-damar, ginekoloji və dəri xəstəliklərindən müalicə olunmaları barədə nazirliyə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alınaraq, cari ilin oktyabr-noyabr aylarında 80 nəfərdən artıq əlil şəxsin Naftalan şəhərində yerləşən müalicə müəssisəsində bərpa müalicəsi təşkil ediləcək.
Nazirlikdən Modern.az-a bildirilib ki, 2012-ci ilin avqust-sentyabr aylarında Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində və Bolqarıstanın «Pavel Banya» sanatoriyasında 86 nəfər əlilliyi olan vətəndaşın bərpa müalicəsi təmin olunub. Həmçinin qeyd olunan Proqramın müvafiq bəndinə uyğun olaraq, cari ildə 1000-dən çox əlilliyi olan vətəndaş müxtəlif istirahət zonalarına göndərilib.