Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurması nəticəsində ölkə boyu ciddi problemlər yaşanır. Bakıda ictimai nəqliyyatın aparıcı sahəsi hesab edilən Bakı metrosunun fəaliyyəti dayanıb. Bu isə faktiki Bakıda həyatı iflic edib. Modern.az saytının əməkdaşları bildirirlər ki, metrostansiyalara giriş bağlanıb.
Buna görə bütün güc avtobusların üzərinə düşüb. Yollarda işıqforların işləməməsi isə daha böyük problemlər yaradıb.
Modern.az