Modern.az

Metronun fəaliyyəti bərpa olundu - Rəsmi açıqlama

Metronun fəaliyyəti bərpa olundu - Rəsmi açıqlama

28 Sentyabr 2012, 10:10

Migəçevirdəki elektrik stansiyasının yanması nəticəsində fəaliyyətini dayandıran Bakı Metropoliteni işini  bərpa edib.
Bu barədə Modern.az saytına metropolitenin dispetçer xidmətindən məlumat verilib. Bildirilir ki, 09:30-dan etibarən metronun bütün stansiyalarında iş bərpa olunub.

Bu gün saat 6:44-də «Azərenerji» sistemində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsi kəsildiyindən Bakı Metropoliteninin də fəaliyyəti məcburi dayanmışdı.

Həmin vaxt Bakı Metropolitenin tunellərində qalan sərnişinlər təhlükəsizlik qaydalarına müvafiq surətdə tunel və stansiyalardan təxliyyə olunublar. Hadisə nəticəsində heç bir sərnişin xəsarət almayıb.

Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra saat 7:50-dən hissə-hissə gərginliyin verilməsinə başlanıb. 9:30-da qatarların fəaliyyətini bərpa etmək üçün təmas xəttinə tələb olunan gərginlik verildikdən sonra qatarların hərəkəti 9:45-də bərpa olunub, sərnişinlər stansiyalara buraxılıblar.

Qeyd edək ki, Mingəçevirdəki «Azərbaycan» İstilik Elektrik Stansiyasını ildırım vurması nəticəsində respublikanın bəzi ərazilərinin, o cümlədən Bakının enerji təminatında problemlər yaranıb. Bu üzdən Bakıda metronun hərəkəti dayanmışdı.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi