Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 2009-cu il sentyabrın 1-dən dini icmaların ilk dəfə və yenidən qeydiyyata alınma prosesinə başladı. Artıq prosesdən 3 il keçib. Bu müddətdə Komitənin qeydiyyata aldığı dini icmalar barədə Modern.az-a məlumat verən DQİDK mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirib ki, hazırda 576 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 555-i İslam, 21-i isə qeyri-islam (xristian – 12; yəhudi – 6; krişna – 1; bəhai – 2) təmayüllüdür.
O.Əli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası və işğal olunan ərazilər istisna olmaqla, ölkə ərazisində 1834 məscid mövcuddur, onlardan 135-i Bakı şəhərinin payına düşür. Ölkədə 12 kilsə və 6 sinaqoq fəaliyyət göstərir.
Mail Ağaxanov