Türkiyənin keçmiş baş naziri Mesud Yılmaz eks-prezident Turqut Özalın zəhərlənməsi ilə bağlı qaldırılan məsələyə münasibət bildirib. Modern.az bildirir ki, Bakıda səfərdə olan Mesud Yılmaz jurnalistlərə açıqlamasında sabiq prezidentin zəhərlənərək öldürülməsinə inanmadığını deyib. “Mən Özalın zəhərlənərək öldürülməsiinə inanmıram”-deyən Keçmiş baş nazir zəhərlənmənin baş vermə ehtimalının inandırıcı olmadığını bildirib.
Qeyd edək ki, Türkiyənin səkkizinci prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsinə dair ailəsi tərəfindən iddia qaldırılıb. Turqut Özalın müəmmalı ölümünun səbəblərinin araşdırılması üçün onun məzarının yaxın günlərdə ekispertiza üçün açılacağı gözlənilir.
Anar KƏLBİYEV