Modern.az

Nigar Yaqublunun müdafiə komitəsi: “Müxtəlif dövlət strukturlarına müraciət edəcəyik”

Nigar Yaqublunun müdafiə komitəsi: “Müxtəlif dövlət strukturlarına müraciət edəcəyik”

28 Sentyabr 2012, 14:22

“Yarandığı bu az müddətdə müdafiə komitəsinin, ölkənin çox tanınmış ictimai, siyasi simaları da daxil olmaqla 100-yaxın üzvü var və bu artmaqda davam edir”. Bunu Modern.az-a açıqlamasında Nigar Yaqublunun hüquqlarını ictimai müdafiə komitəsinin sədri, yazıçı Mehriban Vəzir deyib. M.Vəzirin sözlərinə görə, təsis yığıncağından sonra işçi qrupunun toplantısını keçirilib və növbəti gün də bu toplantının davamı olub.

“Toplantıda indiyə kimi görülən işlər qiymətləndirildi və bundan sonra görüləcək işlərin fəaliyyət planı ortaya çıxdı. Bu fəaliyyət planında müxtəlif tədbirlərimiz var. Müxtəlif dövlət strukturlarına müraciətimiz nəzərdə tutulub”.

Yeni yaradılan müdafiə komitəsinin sədri millət vəkillərinin Nigar Yaqublunu zaminə götürmək təşəbbüsləri və onun azadlığa buraxılması barədə fikirlərini bildirib:

“Millət vəkillərinin də təklif və təşəbbüslərini mərkəzləşdirmək istəyirik. Bu yöndə işlərimiz aparılır. Məlum olduğu kimi, analoji hadisələrdə həbs-qəti imkan tədbiri təsdiq olunmur. Xüsusilə qadındırsa, daha ədalətli və yumşaq qərarlar qəbul olunur. Bizimdə əsas istəyimiz budur ki, diskriminasiya, ayrı-seçkilik aradan qaldırılsın və Nigar Yaqublu azadlığa buraxılsın”.

Qeyd edək ki, Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini N.Yaqublu bu il avqustun 25-də yol-nəqliyyat qəzasında ittiham edilərək barəsində həbs-qəti imkan tədbiri seçilib.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi