Modern.az

Deputat köməkçisi: “Gülər Əhmədova Bakıdadır”

Deputat köməkçisi: “Gülər Əhmədova Bakıdadır”

28 Sentyabr 2012, 17:55

“Gülər Əhmədova Azərbaycandan qaçmayıb, hazırda Bakıdadır”. Bu barədə deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov millət vəkilinin ölkədən qaçması haqda yayılan məlumatları Modern.az-a şərh edərkən bildirib. Ə.Şahidov qeyd edib ki, Gülər Əhmədovanın ölkə xaricinə çıxması haqda deyilən fikirlər həqiqəti əks etdirmir.

“Gülər Əhmədova ölkədən kənara çıxmayıb. Hazırda Azərbaycandadır”.

Ə.Şahidov Gülər Əhmədovanın səhhəti ilə bağlı sualımıza cavabında bildirib ki, deputat onun telefon zənglərinə cavab vermir.

“Gülər xanımın səhhətinin necə olmasını öyrənmək üçün gün ərzində bir neçə dəfə zəng vursam da telefonuma cavab verməyib. Bu onun səhhəti ilə əlaqədardır”, - deyə köməkçi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Baş Prokurorluq tərəfindən haqqında cinayət işi açılan və parlamentdə təmsil etdiyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən tərk edilən deputat Gülər Əhmədovanın ölkədən qaçması haqda müxtəlif məlumatlar yayılıb.

 

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi