““Mərkəz” qəzetinin Hökümət Evində yerləşən ofisindən çıxarılması barədə bizdə hər hansı məlumat yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında qəzetin redaktoru Qızılgül Abdinova yayılan xəbərləri saytımıza şərh edərkən bildirib.
"“Mərkəz” qəzeti öz işini əvvəlki günlər olduğu kimi davam etdirir. Millət vəkili Gülər Əhmədova ilə bağlı son günlər yaşanan hadisələrə görə “Mərkəz” qəzetinin fəaliyyətində heç bir səngimə yoxdur. İş normal axarında davam edir. Qəzetin sabahki nəşri hazırlanır” .
Qeyd edək ki, “Mərkəz” qəzetinin təsisçisi deputat Gülər Əhmədovadır. Sosial şəbəkələrdə qəzetin bağlana biləcəyi barədə xəbərlər yayılıb.
Gültəkin Ələsgər