Modern.az

İctimai Palatadan Milli Məclislə bağlı tələb

İctimai Palatadan Milli Məclislə bağlı tələb

29 Sentyabr 2012, 13:17

İsa Qəmbər: “Biz Prokurorluğa müraciət edəcəyik”

İctimai Palata millət vəkili Gülər Əhmədova ilə bağlı baş verən hadisələrin müzakirəsinə başlayıb. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən Müsavat başqanı İsa Qəmbər hakimiyyətə sərt mesaj göndərərək parlamentin buraxılmasını tələb edib. İsa Qəmbər həmçinin bildirib ki, Azərbaycanda yenidən parlament seçkiləri keçirilməlidir. Müsavat başqanının sözlərinə görə, hakimiyyət müxalifətin bu tələbinə əməl etməsə peşman olacaqlar.

Çıxışda daha sonra İsa Qəmbər qeyd edib ki, İctimai Palata Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və Baş Prokurorluğa müraciət ünvanlayacaq.

Müsavat başqanı kütləvi aksiyaların keçirilməsi haqda bildirib ki, müxalifət məsələnin mahiyyətini xalqa çatdırmalıdır.

Qeyd edək ki, İctimai Palatanın toplantısı hazırda davam edir.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi