Modern.az

Ərdoğan sonuncu dəfə AKP sədri seçildi

Ərdoğan sonuncu dəfə AKP sədri seçildi

30 Sentyabr 2012, 23:29

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yenidən sədri seçilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, partiyanın bu gün keçirilən qurultayı bir az öncə sona çatıb. Partiya üzvləri arasında aparılan səsvermə nəticəsində Ərdoğan 1424 səslə növbəti sonuncu dəfə AKP sədri seçilib.

Qeyd edək ki, Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən qurultayında maraqlı anlar yaşanıb. Qurultayın açılışın edən partiya sədri, baş nazir  Rəcəb Tayyib Ərdoğan gözlənilmədən  Sezai Karakoçun məşhur “Ey sevgili” şeirini səsləndirib. Ərdoğanın şeirindən sonra zalda duyğusal anlar yaşanıb. Zalda əyləşənlərin buna reaksiyası da gözlənilməz olub. Baş nazirin şeiri əksər qurultay iştirakçılarını ağladıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi