Modern.az

Azərbaycanda əmək pensiyaçılarının 371137 nəfəri ahıl vətəndaşlardır

Azərbaycanda əmək pensiyaçılarının 371137 nəfəri ahıl vətəndaşlardır

1 Oktyabr 2012, 11:50

30.09.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır. Onlardan 147 934 nəfəri kişi, 223 203 nəfəri isə qadındır. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

  BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib  və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Mərhum prezident Heydər Əliyev 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Qanun imzalayıb. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.   Hazırda ahıl pensiyaçıların 275 723 nəfəri 70-80 yaş arası, 86530 nəfəri 80-90 yaş arası, 8884 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.  

“Azərbaycanda digər pensiyaçılar kimi ahılların da problemləri həmişə diqqət mərkəzində saxlanılır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.  Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilmiş, bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir”-deyə komitədən bildirilib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi