Modern.az

Tibb Universitetindəki yanğın söndürüldü

Tibb Universitetindəki yanğın söndürüldü

1 Oktyabr 2012, 12:30


Bir qədər öncə Azərbaycan Tibb Universitetinin yeni tikilən korpusunda güclü yanğın baş verib.
Az sonra universitetin Cərrahiyyə fakültəsi üçün tikilən yeni korpusunun ikinci və 4-cü mərtəbələrindəki  yanğın  söndürülüb. Universitetin rektor köməkçisi Aydın Vəliyev Modern.az saytına bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb:

“Universitetin binasına heçbir ziyan dəyməyib. Sadəcə,  tikinti  davam etdiyindən, yalnız tikintidə  istifadə olunan taxtalar yanıb. Yanğının hansı səbəbə baş verməsi barəsində heç nə deyə bilmərəm, onu yanğınsöndürənlər bilər. Bununla bağlı araşdırma aparılacaq”.

Əldə etdiyimiz son məlumata görə, yanğın zamanı bir nəfər xəsarət alıb. Həmin şəxsin vəziyyəti ilə bağlı hər hansl məlumat verilməyib.

***

Tibb Universitetinin yeni tikilən binasında yanğının səbəbi bəlli olub. İlkin məlumatlara görə, yanğına səbəb binada aparılan qaynaq işləridir. Binada işləyən iş icraatçısı Ercan Canpolat Modern.az-a məlumat verib. Onun sözlərinə görə, yanğın binada qaynaq işləri aparılan zaman baş verib.

Qeyd edək ki, bir qədər öncə Azərbaycan Tibb Universitetinin yeni tikilən korpusunda güclü yanğın baş verib. Yanğın zamanı bir nəfər xəsarət alıb. Həmin şəxsin vəziyyəti ilə bağlı hər hansı məlumat verilməyib.

Anar Kəlbiyev  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi