Milli Məclisin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında çıxış edərək Ramil Səfərovla bağlı beynəlxalq ictimaiyyətin göstərdiyi qərəzli mövqeyi sərt tənqid edib. Deputat bildirib ki, Ramil Səfərov məsələsini beynəlxalq təşkilatların gündəmindən çıxarmaq lazımdır.
“Avropa Birliyinin və eləcə də digər təşkilatların Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamələr göstərir ki, bu təşkilatların Azərbaycana qarşı mövqeyi ikili standartlara əsaslanır. Biz bir daha bunun şahidi olduq”. Əli Hüseynlinin sözlərinə görə, Ramil Səfərovun timsalında yatmış bir şəxsin öldürülməsi ilə bağlı imic yaradılır. “Əslində bu inandırıcı deyil. Mən təklif edirəm ki, beynəlxalq təşkilatların Ramil Səfərovla bağlı qaldırdığı məsələləri ciddi müzakirə etmək lazımdır. Çalışmaq lazımdır ki, bu məsələ beynəlxalq təşkilatların gündəliyindən çıxarılsın”, - deyə deputat bildirib.