Modern.az

Meteohəssas insanlara xoş xəbər

Meteohəssas insanlara xoş xəbər

1 Oktyabr 2012, 13:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.

Biometeoroloji amillərin normal sutkalıq gedişi, o cümlədən temperatur rejiminin oktyabr ayı üçün bir qədər yüksək olması meteohəssas insanlar üçün əlverişlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi