“Azərbaycanın İrana qarşı heç bir ərazi iddiası yoxdur”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu gün Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Vitse-spiker Milli Məclisdə Cənubi Azərbaycan və İranla bağlı qaldırılan məsələlərə öz münasibətini bildirib. Onun sözlərinə görə, qonşu İran Azərbaycanla dost dövlətdir və onunla müttəfiq münasibətlər var. Z. Əsgərov qeyd edib ki, İrana qarşı azərbaycanlılardan istifadə edilməsinə yol verilməyəcək.
Müxalifətin bu məsələdə milli hissləri ilə bağlı fikirlərini başa düşdüyünü bildirən vitse-spiker deyib ki, İran məsələsində soyuqqanlı olmaq lazımdır. “İran ərazi bütövlüyümüzü tanıyır. Və bundan başqa Azərbaycanın İrana qarşı ərazi iddiası yoxdur. O cümlədən Ermənistan Azərbaycanın öz dədə-baba torpaqlarında yaşasalar da, Azərbaycanın Ermənistanın bugünkü ərazisi ilə bağlı heç bir iddiası yoxdur. Odur ki, İranla bu gün dünyada qaldırılan kompaniya məqsədi başqadır. Və bunun da məqsədini başa düşürük”.
Ziyafət Əsgərov qonşu dövlətlərlə münasibətlərdə diqqətli olmağa çağırdı.
Modern.az