Modern.az

Gələcəkdə yaxşı pensiya almaq istəyirsinizsə, buna əməl etməlisiniz

Gələcəkdə yaxşı pensiya almaq istəyirsinizsə, buna əməl etməlisiniz

Təhsil

2 Oktyabr 2012, 10:54

“Əmək pensiyaları haqqında” Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Bu isə pensiya məbləğinin, sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılıdır. Bununla bağlı işləyənlər işə götürənlərlə əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd – sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.

Dövlət Sosial Müdafiə Fondunun verdiyi statistikaya əsasən deyə bilərik ki, 2012-ci il üçün aparılmış hesabatda məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların 60,2%-i qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 18 % artıb. Əvvəlki ilin ilk 8 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar da 14,2 faiz artıb. Nəticədə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.   

Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, bu ilin 8 ayı üçün 2 milyon 100 mindən artıq vətəndaşa sosial sığorta şəhadətnaməsi verilib, yəni fərdi hesab açılıb. Eyni zamanda onu da deyib ki, hər ay üçün ödənilən məbləğ vətəndaşın aldığı maaşdan asılı olur. “Adam var ki, 1000 manat maaş alır, adam da var ki, 300 manat maaş alır. Biz 8 ayda fonda daxil olan məlumatları yaymışıq”. 

“Özəl müəssisələrdə çalışan insanların da əmək müqaviləsi bağlaması məcburidir. Əks halda Vergilər Nazirliyi tərəfindən özəl müəssisə məsuliyyətə cəlb oluna bilər”, – deyə E.Babayev əlavə edib.    

Şahanə Rəhimli
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi