Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyəti rəhbərlərinin görüşü olub. AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az saytına açıqlamasında bildirib ki, bu sessiya çərçivəsində son görüş deyil. Onun sözlərinə görə sessiya dövründə Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyəti rəhbərlərinin növbəti görüşləri də olacaq.
Qeyd edək ki, AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə baş tutan görüşdə Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidovla David Arutunyan, həmçinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, ispaniyalı millət vəkili Yordi Chukla i Kosta da iştirak edib.
Aytən ƏLİYEVA