Modern.az

XİN Xankəndi limanı ilə bağlı brifinq keçirməyə hazırlaşır

XİN Xankəndi limanı ilə bağlı brifinq keçirməyə hazırlaşır

Təhsil

2 Oktyabr 2012, 11:53

Nazirliyin sözçüsü: “Hava limanın istifadəsinə münasibət bildiriləcək”

Azərbaycan tərəfi Xankəndində hava limanının rəsmən istifadəyə verilməsinə münasibət bildirəcək. Bu barədə Modern. az saytına Xarici İşlər Nazirliyinin mətbaut xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O, bildirib ki, bu gün adıçəkilən məsələ ilə bağlı brifinq keçiriləcək və bu birifinqdə Azərbaycan tərəfi öz mövqeyini bildirəcək.

Qeyd edək ki, dünən erməni mətbuatı Xankəndi hava limanının  rəsmən istifadəyə verilməsi barəsində məlumat vermişdi. Məlumatda deyilirdi ki, uçuşların  həyata keçirilməsi üçün rəsmi şəkildə sertifikat alınıb və həmin sertifikatı  erməni tərəfi  sentyabrın 28-də əldə edib.  
Məlumata görə, uçuşlar Xankəndindən İrəvana və əksinə olacaq. İlk uçuşun bu ay olacağı bildirilir.

Nihadə Eyyubova  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi