Modern.az

Azərbaycanlı deputatlar Albaniyaya gedir

Azərbaycanlı deputatlar Albaniyaya gedir

Təhsil

2 Oktyabr 2012, 12:05

Azərbaycanlı deputatlar ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Albaniyaya səfər edəcəklər. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, azərbaycanlı parlamentarilər vitse-spiker  ATƏT-in PA-nın payız sessiyasında iştirak etmək üçün Tiranaya yola düşür.

Səfər oktyabrın 3-dən 8-dək  davam edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova  və  deputat Azay Quliyev daxildirlər.

 Qeyd edək ki, sessiya çərçivəsində əvvəlcə “ATƏT: sabitlik və təhlükəsizlik əsasında idarəetmə və inteqrasiyanın  təşviqi” mövzusunda parlament  konfransının  keçirilməsi nəzərdə tutulur.  Sonra  sessiyada ATƏT regionunda milli-mədəni  dəyərlərin müdafiəsi, maliyyə böhranına qarşı mübarizə,  inkişafın  stimullaşdırılmasında  sərt  iqtisadi  siyasətin rolu və digər  məsələlər  müzakirə  ediləcək.

 

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi