Modern.az

AMEA akademiklərinin seçkisi hələ də ləngiyir

AMEA akademiklərinin seçkisi hələ də ləngiyir

2 Oktyabr 2012, 12:25

“Azərbaycan Milli Elmlər Akademiyasında həqiqi və müxbir üzvlərin seçiləcəyi gün hələ dəqiq deyil”. Bu sözləri Modern.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev deyib. O qeyd edib ki, elan olunmuş seçkilərlə bir sıra təşkilatı məsələlər olduğundan seçki günü hələlik bəlli deyil.

“Həmin təşkilati məsələlər hələ həll edilməyib. Ona görə də akademiyaya həqiqi və müxbir üzvlərin seçiləcəyi vaxt məlum deyil”.

Qeyd edək ki, AMEA-nın həqiqi (akademik) və müxbir üzvlüyünə 255 nəfər – 10 həqiqi üzv vakant yerinə 34 nəfər, 30 müxbir üzv vakant yerinə isə 221 nəfər öz namizədliyini irəli sürüb.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi