Oktyabrın 3-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “Kanal S” MMC-nin, “Yevlax TV” MMC-nin regional televiziya yayımı üçün, “AzHiNet” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Kanal S” MMC-nin və “Yevlax TV” MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb. “AzHiNet” MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə ərizə və qanunvericiliklə müəyyən edilmiş sənədlər “Televiziya və radio yayımı haqqında” Azərbycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyindən “AzHiNet” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasından imtina edilib.
Modern.az