Modern.az

9 siyasi partiyadan Nigar Yaqublu ilə bağlı bəyanat

9 siyasi partiyadan Nigar Yaqublu ilə bağlı bəyanat

3 Oktyabr 2012, 18:14

Azərbaycanda fəaliyyət göstərən 9 siyasi partiyanın gənclət təşkilatları Müsavat Partiyasının üzvü, gənc fəal Nigar Yaqublunun azadlığa buraxılması üçün birgə bəyanat imzalayıblar.

Modern.az-ın məlumatına görə bəyanatda bildirilir ki, partiyaların gənclər təşkilatları Nigar Yaqublunun barəsində verilmiş həbs qətimkan qərarını pisləyirərək onu dərhal azadlığa buraxılmasını tələb ediblər. Bəyanata

Müsavat Gənclər Təşkilatı, ADP Gənclər Təşkilatı,VHP Gənclər Təşkilatı, AXCP Gənclər Komitəsi, KXCP Gənclər Təşkilatı, Bütöv Azərbaycan Gənclər Təşkilatı

Milli Fikir Mərkəzi, ACP Gənclər Təşkilatı, EL Gənclər Hərəkatı imza atıblar.

Qeyd edilib ki, gənclər bundan sonrakı addımlarında Azərbaycanın milli mentalitetinə uyğun olmayan hala və hüquq tariximizdə belə bir presedentin yaranmasına etiraz edərək öz fəaliyyətimizi daha sistemli şəkildə aparacaqlarını, gənclər təşkilatları olaraq kütləvi etiraz aksiyalarına başlamaq barədə qərar verəcəklərini bəyan ediblər.

 

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal