Modern.az

“Gənclik”də 3-lü toqquşma - qəza - FOTOLAR

“Gənclik”də 3-lü toqquşma - qəza - FOTOLAR

3 Oktyabr 2012, 18:57

Modern.az xəbər verir ki, “Gənclik” metrostansiyasının yaxınlığındakı dayanacaqda yol qəzası baş verib. Belə ki, “London taksisi” BMV markalı maşını arxadan vurub.  Bu zaman 10-XD-315 dövlət nişanlı BMV markalı maşının qadın sürücüsü də idarəetməni itirərək 38 nömrəli avtobusla toqquşub. Avtobusun sürücüsünun sözlərinə  görə,  hadisə zamanı bu nəqliyyat vasitəsində 20-25 nəfər olub, az sayda yüngül xəsarət alan var. Dövlət Yol Polisinin (DYP) əməkdaşları hadisə yerində araşdırma aparıblar.

 




Elçin AĞAYEV  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal