Prezident İlham Əliyev Milli Televiziya və Radio Şurası əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçının sərəncamı ilə Azərbaycanda televiziya və radio yayımı sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Ağayeva Kifayət Alay qızı
Xudat-zadə Fikrət Əhməd oğlu
Qaraşov Rafail Buruza oğlu Prezident həmçinin Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə
“Əməkdar Jurnalist” fəxri adı verilib:
Cəbiyev Qafar Cəfər oğlu
Vəliyeva Sona Məhəmməd qızı