Modern.az

Elşad Abdullayevlə bağlı əməliyyat istintaq qrupu yaradıldı

Elşad Abdullayevlə bağlı əməliyyat istintaq qrupu yaradıldı

3 Oktyabr 2012, 19:31

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi üzrə birgə əməliyyat istintaq qrupu yaradılıb.

Modern.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, istintaq qrupuna Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin əməkdaşları cəlb edilib. Baş Prokurorluğun bununla bağlı rəsmi məlumat yayacağı bildirilir.

Qeyd edək ki, sentyabrın 25-də internetdə keçmiş ABU-nun eks-rektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı videomaterial yayılıb. Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında E.Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib

Bu hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal