Modern.az

Azərbaycanlı və erməni deputatlar yenidən görüşüblər

Azərbaycanlı və erməni deputatlar yenidən görüşüblər

Təhsil

3 Oktyabr 2012, 23:37

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyəti rəhbərlərinin ikinci görüşü olub.

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüş AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə baş tutub.

Görüşdə Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidovla David Arutunyan, həmçinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri, ispaniyalı millət vəkili Yordi Chukla i Kosta da iştirak edib.

Tərəflər və AŞ PA katibliyi görüşün məzmunu barədə mətbuata məlumat verməyiblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi