ABŞ dövlət katibi Hillari Klinton Suriya ilə Türkiyə arasında yaşanan qanlı hadisələrə sərt reaksiya verib. Ağ ev rəsmisi Suriyanın hücumlarını pisləyərək baş verən olaydan üzüldüyünü bildirib. H.Klinton Suriyanın bu davranışından qəzəbləndiyini deyərək Bəşər Əsədi tutduğu mövqedən geri çəkinməyə çağırıb.
ABŞ dövlət katibi hadisədən sonra bölgədə vəziyyətin təhlükəli olduğunu bildirərək vurğulayıb ki, baş verən hadisələrdə ən böyük səbəbkar İran və eləcə də Suriyanın digər havadarlarıdır. Klintonun fikrincə, Əsəd rejimi hakimiyyətdən getmədikcə regionda vəziyyət daha da gərgin olacaq.
Modern.az