Türkiyə hökuməti Suriya böhranını öz təhlükəsizliyi üçün təhdid hesab edir və öz sərhədləri xaricindəki hərbi əməliyyatlar üçün parlamentin təsdiqini almaq istəyir. Modern.az bildirir ki, bu barədə “Röyter” Ərdoğan komandasının yüksək rəsmisinə istinadən məlumat yayıb.
“Suriya ordusu tərəfindən edilmiş aqressiv hərəkət Türkiyənin təhlüksəzliyinə ciddi təhdiddir və hökumət sərhədləri xaricində hərbi əməliyyat üçün parlamentin dəstəyini almaq niyyətindədir və bunun üçün yollar axtarır”-deyə mənbə bildirib.