Bu gün AvroLiqanın qrup mərhələsi çərçivəsində ikinci turun oyunlarına start verilib. Bakının "Neftçi" klubu öz meydanında İtaliyanın "İnter" klubunu qəbul edib.
lk turda səfərdə "Partizan"la görüşdən 1 xalla ayrılan "Neftçi" turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi. Lakin Milan təmsilçisi sürpizə imkan verməyib. İlk hissədə 3 qol vuran "İnter" fasilədən sonra da üstünlüyünü qoruyub - 3:1.
Qrupun digər matçında "Rubin" (Kazan, Rusiya) öz meydanında Serbiyanın "Partizan" klubunu sınağa çəkib. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Kazan təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub.
Modern.az