Azərbaycan İslam Partiyası (AİK) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli Təhsil Nazirliyinin qarşısında keçirilən bugünkü aksiyanın partiya tərəfindən təşkil olunmadığını deyib:
“Aksiya keçirilməsi ilə bağlı partiyada heç bir qərar olmayıb və üzvlərimizdə aksiyada iştirak etmək barədə heç bir göstəriş verilməyib. Ola bilər aksiya zamanı hansısa üzvümüz ona qoşulsun, amma belə bir ehtimal çox azdır”.
A.Heydərli deyib ki, AİP dindarların aksiyasının zorakılıqla qarşısının alınmasını qətiyyətlə pisləyir:
“Dövlət qurumları vətəndaşların haqlı tələblərinə biganə yanaşdıqca, bu cür radikallıq meydana gəlir. Təhsil müəssisələrində hicabın qadağan olunması ilə bağlı əlaqədar orqanların mövqeyi utanc vericidir. Bu məsələ xalqın maraqları çərçivəsində həll olunmalıdır”.
Modern.az