Modern.az

Bakıdan Güney Azərbaycana göndərilən vəsaitin həcmi açıqlandı

Bakıdan Güney Azərbaycana göndərilən vəsaitin həcmi açıqlandı

8 Oktyabr 2012, 15:25

Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına millət vəkili Azər Kərimli də qoşulub. Cəmiyyətdən verilən məlumata görə, deputat Azər Kərimli 300 AZN məbləğində İrandakı soydaşlarımıza pul göndərib.

Ümumilikdə isə avqustun 14-də başlanan kampaniyaya bu günədək 22793 manat məbləğində vəsait yığılıb.

Qeyd edək ki, yığılan vəsaitlər müxtəlif vaxtlarda İran Milli Bankının Bakı filialının hesabına köçürülüb. Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, kampaniya başlayandan bu zamana kimi bank hesabı vasitəsiylə Güney Azərbaycan əyalətinə 8 dəfə pul köçürülüb. Göndərilən məbləğ isə 22344 AZN təşkil edir.

Anar RÜSTƏMOV
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal