Modern.az

İşi daşdan çıxan qanun layihəsi plenar iclasa təqdim ediləcək

İşi daşdan çıxan qanun layihəsi plenar iclasa təqdim ediləcək

8 Oktyabr 2012, 16:20

“Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında plenar iclasa təqdim olunacaq. Bu barədə Modern.az-a Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev deyib. Deputat bildirib ki, qanun layihəsi qəbul olunarsa, Azərbaycanda elmin inkişafına fundamental kömək edəcəkdir.

“Bu qanun layihəsi elmin maliyyələşdirilməsinə geniş imkanlar açacaqdır. Bu isə Azərbaycanda fundamental elmin inkişafına böyük yardım göstərəcək. Bütün elmi-təhqiqat müəssisələri və elmi təhqiqatla məşğul olan alimlər şübhəsiz ki, bu qanun qəbul edildikdən sonra daha böyük imkanlara malik olacaqlar. Nəzərdə tutmuşuq ki, payız sessiyasında Milli Məclisin plenar iclasına təqdim edək”.

Qeyd edək ki,  2010-cu ilin yaz sessiyası, 2011-ci ilin yaz və payız sessiyaları, eləcə də 2012-ci ilin yaz sessiyasının qanunvericilik işlər planında bu qanun layihəsinin adı qeyd edilir, amma plenar iclaslarda bir dəfə də olsun müzakirə olunmayıb.

Şahanə Rəhimli
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal