Modern.az

Əvəz Zeynallı ilə bağlı kampaniya başlanır

Əvəz Zeynallı ilə bağlı kampaniya başlanır

8 Oktyabr 2012, 16:28

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Xural qəzetinin həbs olunmuş baş redaktoru Əvəz Zeynallının azad olunması və onun tam reabilitasiyası tələbi ilə  9 oktyabr saat 11:00-da RATİ-nin Mətbuat Mərkəzində imzatoplama kampaniyasına  start verəcək.

RATİ Azərbaycan hökumətini Əvəz Zeynallını dərhal azad etməyə, onu maddi və mənəvi ziyana görə kompensasiya ilə təmin etməyə çağırır.
Keçmiş deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevdən deputat seçilməsi müqabilində 1 milyon dollar rüşvət tələb etdiyi videonun ölkə mediasını zəbt etdiyi bir vaxtda, Əvəz Zeynallı G.Əhmədovadan rüşvət tələb etməsi ittihamı ilə 12 il həbs cəzasına məhkum oluna bilər.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal