Modern.az

Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edildi

Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edildi

8 Oktyabr 2012, 20:23

Prezident İlham Əliyev “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının müvafiq sərəncamına əsasən,  Heydər Əliyev Mərkəzinin aparat işçilərinin say həddi 154 ştat vahidi müəyyən edilib.

Fərmandan Azərbaycan Respublikasının Nazirlər Kabinetinə cari ilin sonuna kimi Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin ayrılmasını müvafiq qaydada təmin edilməsi, 2013-cü il və növbəti illər üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrıca sətirlə müvafiq vəsaitin nəzərdə tutulmasını tapşırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi