Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Mərzili və Yusifcanlı, Tərtər rayonunun Çiləbürt və Çaylı, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 10-da Azərbaycan Respublikasının Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
Modern.az