Modern.az

Hacıbala Abutalıbov İctimai Palataya cavab hazırlayır

Hacıbala Abutalıbov İctimai Palataya cavab hazırlayır

9 Oktyabr 2012, 11:14

Bakı Meriyası İctimai Palatanın 13 oktybar yürüş-mitinqi ilə bağlı müraciətinə sabah cavab verəcək. Bu barədə Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Şöbə müdiri bildirib ki, hazırda müxalifətin müraciətinə baxılır.

“Hazırda İctimai Palatanın yürüşlə bağlı göndərdiyi müraciətə baxılır. Ola bilsin ki, müxalifətin məktibuna sabah rəsmi cavab verilsin. Amma hazırda bu istiqamətdə iş davam edir”.

Qeyd edək ki, ötən həftə İctimail Palatanın Koordinasiya Şurası parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsini üçün oktyabrın 13-də yürüş keçirmək qərarı verib. Müxalifətin yürüşünün keçmiş Əzizbyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi