“Sevinc Babayeva haqqında həbs-qəti imkan tədbirinin seçilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin heç bir qərarı yoxdur”. Bu barədə Modern.az-a sözügedən rayon məhkəməsinin baş məsləhətçisi Cavid Cavadov məlumat verib.
C. Cavadov bildirib ki, Sevinc Babayeva haqqında həbs-qəti imkan tədbirinin seçilməsi xəbəri yanlışdır və ötən həftənin cümə günü onunla bağlı məhkəmə prosesi keçirilməyib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə sabiq deputat Gülər Əhmədova arasında rüşvət alınmasına görə S.Babayeva vasitəçilik edib. M.Ə.Sabir adına kitabxana-klubun keçmiş ditektorunun hazırda harda olduğu barədə səhih məlumat yoxdur.
Şahanə Rəhimli