2012-ci ilin 9 ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 4,6 milyard manat vəsait daxil olub. 2012-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 milyard 562 milyon 764,5 min manat təşkil edib. Vergilər Nazirliyindən Modern.az-a verilən məlumata görə, vergi daxilolmalarının 37,2 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 8 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə 2 milyard 462 milyon 265,1 min manat vəsait büdcəyə daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz çoxdur.