Oktyabrın 10-da Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbə sakinləri Zabrat-Maştağa yolunun Sabunçu qəsəbəsindən keçən hissəsini bağlayıblar. Bu barədə Modern.az-a yerli sakinlər məlumat veriblər. Yerli sakinlər saytımıza məlumatda bildiriblər ki, Zabrat-Maştağa yolunu Sabunçu qəsəbəsindən keçən hissəsində yolu keçən məktəbli uşağı maşın vurub. Buna görə də sakinlər yolda piyada keçidinin olmamağına etiraz edərək yolu bağlayıblar.
Sakinlər həmçinin onu da bildiriblər ki, təhsil naziri Misir Mərdanovun əmri ilə bu ayın 8-də 311 saylı məktəb bağlandığından Sabunçu qəsəbəsinin uşaqları digər məktəblərə köçürülüb. Bu səbəbdən məktəbli uşaqlar Zabrat-Maştağa yolunu keçdiyi üçün valideynlər çox narahatdırlar.
Qeyd edək ki, Sabunçu qəsəbəsindəki 311 saylı orta məktəbin altında irihəcmli neft və qaz borusu keçdiyi üçün təhsil naziri bu ayın 8-də onun bağlanması ilə əlaqədar əmr imzalayıb.
Mail Ağaxanov