Modern.az

Xəzərin icra başçısı Buzovna sakinləri ilə səyyar görüş keçirib

Xəzərin icra başçısı Buzovna sakinləri ilə səyyar görüş keçirib

Təhsil

10 Oktyabr 2012, 16:45

Oktyabrın 10-da Xəzər rayonunun Buzovna qəsəbəsində rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. RİH İnformasiya təminatı və təhlil sektorundan Modern.az-a verilən məlumata görə görüşdə başçı ilə yanaşı, millət vəkili Rauf Əliyev, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 60 nəfər sakinin iştirak etdiyi görüşü icra başçısı Gülağa İslamov açaraq, prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ümumillikdə rayonda gördüyü məqsədyönlü işlər, o cümlədən Buzovna qəsəbəsində görülən işlər barədə məlumat verib.

Milli Məclisin üzvü Rauf Əliyev sakinlər qarşısında çıxış edərək prezidentin göstərişinə əsasən, 2013-cü ilədək qəsəbələrin heç birində su probleminin olmayacağını və qarşıdan gələn qış aylarında qaz probleminin aradan qaldırılacağnı diqqətə çatdırıb. Sonda rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.


Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi