Modern.az

Bəşər Əsəd son qərarını verdi

Bəşər Əsəd son qərarını verdi

Təhsil

10 Oktyabr 2012, 21:46

Suriya prezidenti Bəşər Əsəd ölkədə vətəndaş müharibəsinin dayandırılması ilə bağlı BMT-nin müraciətini rədd edib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəsmi Dəməşq beynəlxalq təzyiqlərə baxmayaraq sonadək mübarizə aparacaqlarını bəyan edib. Belə ki, Əsəd rejimi BMT-nin tək tərəfli atəşkəs çağırışından imtina edib.

Suriyanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. Rəsmi məlumatda bildirilib ki, Suriya hakimiyyəti atəşkəsin bərpası üçün bir sıra ölkələrə nümayəndələr göndərsələr də heç bir nəticə verməyib.

Suriyanın BMT-nin atəşkəs təklifini rədd etməsindən sonra Əsəd rejiminə qarşı daha sərt sanksiyaların veriləcəyi gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi