Modern.az

Ali məktəb tələbələrinə xəbər var: köçürülmə başlayır

Ali məktəb tələbələrinə xəbər var: köçürülmə başlayır

6 İyul 2021, 10:26

Tələbələrin köçürülməsinə başlanılır. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

 

Nazirlik rəsmisi deyib ki, iyulun 12-dən etibarən tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...