Modern.az

“Gürcüstanda hər an siyasi böhran yarana bilər” - Zahid Oruc

“Gürcüstanda hər an siyasi böhran yarana bilər” - Zahid Oruc

Təhsil

11 Oktyabr 2012, 14:58

“Gürcüstandakı proseslər bu və ya digər formada Cənubi Qafqazdakı hadisələrə, onun ümumi ictimai-siyasi iqliminə, həmçinin ölkələr arasındakı münasibətə təsir göstərir. Biz ilk növbədə, Gürcüstanda daxili sabitliyin olmasında çox maraqlıyıq”.

Bu fikirləri Modern.az-a açıqlamasında, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Zahid Oruc deyib. “Əsas transmilli layihələr Gürcüstandan keçir, bu region qərbə real bir coğrafi-siyasi pəncərədir deyə yox. Orada yüz minlərlə azərbaycanlı yaşamaqdadır. Biz çox maraqlıyıq ki, Gürcüstandakı proseslər normal şəraitdə inkişaf etsin, dövlətlərarası münasibətlər qorunub saxlanılsın və gələcək əməkdaşlıq üçün yeni istiqamətlər açılsın” – deyə deputat qeyd edib.  “Gürcü insanlarının iradəsi ilə İvanaşvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyasının seçiminə hörmətlə yanaşırıq. Etiraf etmək lazımdır ki, bu ölkənin içərisindəki münasibətlər, xüsusilə də onun siyasi elitasındakı durum o qədər də stabil olmayacaq və proqnozum ondan ibarətdir ki, burada siyasi böhran şəraiti hər an yarana bilər”.

Yeni hökumətin köhnə hökumətin bağladığı müqavilələrə yenidən baxması ehtimalına gəlincə, deputat bildirib ki, köhnə dövrün qərarlarına, qanunlarına, korrektə aparmaqla, yaxud da bütövlükdə, onları dəyişməklə Gürcüstan özünə çox böyük zərbə vurar. “Əminəm ki, bu, bir siyasi taktikadır. Belə düşüncələrə varmaq yanlış olardı. Gürcüstanın Azərbaycana çox ehtiyacı var. Artıq ilk bəyanatlarda İvanaşvili ölkəmizə rəğbətini dilə gətirib”.

Nihadə Eyyubova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi