Modern.az

Gülər Əhmədovanın oğlanlarına çağırış vərəqəsi göndərilibmi?

Gülər Əhmədovanın oğlanlarına çağırış vərəqəsi göndərilibmi?

Təhsil

11 Oktyabr 2012, 15:20

Sabiq millət vəkili Gülər Əhmədova ilə fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev arasındakı rüşvət qalmaqalından bağlı mətbuatda müxtəlif səpkilərdə yazılar dərc olunur. Bu cür yazılardan biri də sabiq deputatın oğlanlarının hərbi xidmətə çağırılması xəbəridir. Bildirilir ki, guya, Gülər Əhmədovanın oğlu 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov və 1989-cu il təvəllüdlü Əkbər Fikrət oğlu Əhmədov hərbi xidmətdən yayınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsindən Modern.az-a verilən məlumata görə, adı çəkilən şəxslərə çağırış vərəqəsi göndərilməyib.

“Çünki onlar hələ ali təhsillərini bitirməyiblər”, – deyə İdarədən əməkdaşımıza bildirilib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi